“1915-ci il “erməni soyqırımı” haqqında iddialar cahilliyin təzahürüdür”.

Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Tripoliyə səfəri zamanı bildirib.

“Türklər və ermənilər əsrlər boyu yan-yana yaşayıblar. 1915-ci il hadisələrinin təhrif edilməsi, sadəcə, səhv deyil, regionda sülh və sabitliyi təmin etmək, mehriban qonşuluq münasibətləri qurmaq cəhdlərinə zərbədir. Bu məsələ ilə tarixçilər məşğul olmalıdır”, – Akar vurğulayıb.

Nazir xatırladıb ki, Türkiyə öz arxivlərini tarixçilər üçün açmağa hazır olduğunu bəyan edib, Ermənistan və digər ölkələri də analoji addım atmağa çağırıb.

“Tarixi reallıqların təhrif edilməsi yolverilməzdir. Bu, ABŞ nümayəndələrinə də aiddir. Onlar ilk növbədə ABŞ Milli Arxivinin (NARA) 1915-ci il hadisələri üzrə məlumatlarını təhlil etməli idilər”, – Akar deyib.

İstinadlar Qafqazinfo