190 manatlıq birdəfəlik ödəmələrin karantin tətbiq olunan bütün rayonlardakılara da verilməsinin tətbiq olunması müzakirə olunur və bu barədə qərar qəbul olunacaq.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində bildirib:

“Bildiyiniz kimi, 190 manatlıq ödənişlə bağlı Nazirlər Kabinetinin qərarı qəbul olunub. 23 iyun tarixindən tətbiq olunmuş narıncı zonadakı 8 rayon üzrə ödənişlər təmin olunacaq”.

Onun sözlərinə görə, ödənişlər 2 -3 gün ərzində hissə-hissə verilməyə başlanılacaq: “Hissə-hissə verilməsi bankomatların qarşısında sıxlığın yaranmaması  ilə bağlıdır. Yeni əlavə olunan 8 yeni rayon üzrə müzakirələr aparılır və qərar qəbul olunacaq”.