Bakıda gənc qızı şəkilləri ilə şantaj edən şəxs saxlanılıb.

Paytaxt sakini olan 19 yaşlı qız polisə müraciət edərək bir nəfərin ona məxsus fotoları sosial şəbəkələrdə yayacağı ilə hədə-qorxu gəldiyini bildirib.

O həmin şəxsin hədə yolu ilə 100 manatını aldığını və daha 300 manat pul tələb etdiyini qeyd edib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hədə-qorxu yolu ilə tələb etməkdə şübhəli bilinən 22 yaşlı İ.Əlibəyli müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdilir.