Xaçmaz rayonunda 14 gün əvvəl çay kənarında tapılan insan sümüklərinin kimə aid olduğu məlum olub.

Aşkarlanan sümüklərin 18 ay əvvəl itkin düşmüş Xaçmaz rayon sakini Məhəmməd Əsədullayevə aid olduğu müəyyənləşib.

Ötən ilin dekabrın 27-də Xaçmaz rayonu ərazisindən keçən Qudyalçayın sahilində naməlum insan sümüklərinin 1 il 6 ay əvvəl itkin düşmüş rayon sakini 45 yaşlı Məhəmməd Əsədullayevə aid olduğu ehtimal edildiyi üçün onun yaxınlarından analiz götürülərək Bakı şəhərinə göndərilib.

M. Əsədullayevin atası Rufulla Əsədullayev bildirib ki, aparılan ekspertiza nəticəsində sümüklərin Məhəmməd Əsədullayevə aid olduğu müəyyən olunub.

Cəsədin qalıqları Xaçmaz Rayon Prokurorluğuna göndərilib, bu həftə ərzində ailəsinə təhvil veriləcəyi bildirilib.

M. Əsədullayevin qətlə yetirildiyi, yaxud digər səbəbdən ölməsi hələlik məlum deyil.

Araşdırma davam etdirilir.

Xatırladaq ki, rəsmi məlumata görə, Xaçmaz rayon sakini, 1975-ci il təvəllüdlü Əsədullayev Məhəmməd Rufulla oğlu 2020-ci ilin iyul ayının 18-i yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

İstinadlar APA , Qafqazinfo