Şəmkirdə yeniyetmə oğlan çayda batıb.

Hadisə Kür çayının Qaranüy kəndindən keçən hissəsində baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, “112” qaynar telefon xəttinə Şəmkir rayonu, Qaranüy kəndində 1 nəfərin Kür çayında batması barədə məlumat daxil olub və  dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb edilib.

Hazırda batdığı ehtimal olunan 2007-ci il təvəllüdlü Ələkbərov Yaqub Elbrus oğlunun axtarışları dalğıclar tərəfindən davam etdirilir.

İstinadlar Qafqazinfo