“166 Yükdaşıma və Logistika” şirkəti ənənəvi olaraq 44 günlük Vətən müharibəsində canından keçən şəhidlərimizin ailələrini və qazilərini diqqətdə saxlamağa davam edir. Şirkət bu dəfə də, 20-dən çox şəhid ailəsi və övladı ilə bir araya gəlib.

Onlar öncəliklə şirkətin müxtəlif sahələri ilə uşaqları tanış edərək, gələcəkdə seçəcəkləri peşələri yaxından tanıtdırıblar.

Daha sonra isə müğənnni Çinarə Məlikzadə şəhid övladları ilə bir araya gəlib, onlarla birgə mahnı oxuyub, rəqs edib, oyunlar oynayıb. İfaçı və şirkət rəhbərliyi balacalara hədiyyələrini təqdim edib.

 




İstinadlar Qafqazinfo