Gənclərin iş təcrübəsi qazanıb gələcəkdə özünə uyğun sahədə çalışması məqsədilə bu ilin sentyabr ayından start verilən “166 Logistika Akademiyası – 2023” növbəti məzunları sertifikatlarla təltif edilib. 

2019-cu ildən etibarən “166 Yükdaşıma və Logistika” şirkəti tərəfindən davamlı olaraq keçirilən akademiya 100-lərlə gəncin gələcək karyerasına müsbət təkan verib. Qeyd edək ki, bu proqramda dördüncü kurs tələbələləri, magistr dərəcəsi üzrə təhsil alan tələbələr və ya yeni məzun olan namizədlər iştirak edib. Qəbul olan gənclər real iş mühitində həm logistika sahəsində, həm də digər sahələrdə təcrübə qazanıb. 

“166 Logistika Akademiyası – 2023” təcrübə proqramı şirkətin aşağıda göstərilmiş sahələri üzrə həyata keçirilib:

– İnsan resursları

– Nəqliyyatın intellektual idarəolunması

– Data analitikası

– Hüquq

– Maliyyə və mühasibatlıq

– Korporativ əməliyyatlar

– Logistik əməliyyatlar

– Çağrı mərkəzi

– Korporativ satış

– Təchizat 

– İnformasiya texnoloqiyaları

– Müştəri məmnuniyyəti

– Beynəlxalq münasibətlər və xarici satınalmalar 

– Beynəlxalq daşımalar üzrə əməliyyatlar 

– Web development (php laravel)

– Anbar əməliyyatçısı 

– Araşdırma 

2023-cü ildə müraciətlərin sayının 1500 nəfərdən 2000 nəfərə qədər çatması sözügedən akademiyaya marağın artmasının əsas göstəricisidir. 

Qeyd: Təcrübə proqramı çərçivəsində iştirakçılara şirkət tərəfindən əmək haqqı ödənilib. 

2019-cu ildən etibarən keçirilən “166 Logistika Akademiyası” təcrübə proqramına ümumilikdə 8000-dən artıq müraciət qeydə alınıb. Bu müraciətlərdən bütün mərhələləri uğurla keçən 200 nəfərdən çox gənc Akademiyaya qəbul olunub və onların əksəriyyəti hazırda “166 Yükdaşıma və Logistika” şirkətində müxtəlif departamentlərdə kiçik mütəxəssis, mütəxəssis, rəhbər və digər vəzifələrdə çalışırlar.  




İstinadlar Qafqazinfo