Bakıda 15 yaşlı yeniyetmə vəfat edib.

Yeniyetmə Rəhman Yekəyevin qan xəstələyindən əziyyət çəkdiyi bildirilir.

Qeyd edək ki, R. Yekəyev ötən il Binəqədi rayonu 179 saylı tam orta məktəbin 9-cu sinfini bitirib. O, 9-cu sinifdən sonra təhsilini həmin məktəbdə davam etdirməyib.

Məktəbli olan zaman 2017-ci ildə 18 oktyabr Beynəlxalq Şotokan Karate-Do üzrə filialın II açıq çempionatında kumite üzrə I yerə layiq görülüb və diplomla təltif olunub.

İstinadlar Qafqazinfo