“Ege Hospital”da 15 ildir sonsuzluqdan əziyyət çəkən ailənin əkiz körpələri dünyaya gəlib.

Uzun illər övlad həsrəti ilə yaşayan ananın hamiləliyi də asan keçməyib. Əməliyyatdan sonra açıqlama verən “Ege Reproduktiv Təbabət Mərkəzi”nin həkimi, sonsuzluq üzrə mütəxəssis Uzm.Dr.Olcay Turgut 24-cü həftəyə çatdıqda uşaqlıq boynunda açılma – servikal yetməzliklə qarşı-qarşıya qaldıqlarını bildirib.

Olcay həkim kiçik müdaxilə ilə vəziyyəti nəzarətə götürdüklərini qeyd edərək, tikiş qoyaraq, hamiləliyi bu həftələrə qədər çatdırdıqlarını və körpələri sağlam bir şəkildə dünyaya gətirdiklərini deyib.

“Ege Hospital”dan uşaqların və ananın vəziyyətinin yaxşı olduğunu və bir neçə gün xəstəxanada qaldıqdan sonra evə yazılacağını bildiriblər.

İstinadlar Qafqazinfo