Gəncəçayın Gəncə şəhəri, Gülüstan yaşayış massivi ərazisindən keçən hissəsində batan yeniyetmənin meyiti tapılıb.

2010-cu il təvəllüdlü Allahverdiyev Murad Yasin oğlunun meyiti çayın Gəncə şəhərindən keçən hissəsində aşkarlanıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, 14 yaşlı Murad Kəlbəcər sakini olub. 

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev

 

İstinadlar Qafqazinfo