Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına oktyabr ayı ərzində tibb işçilərinin əmək haqlarına müddətli əlavələr ödənilib. 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, qurumun  tabeliyində olan tibb müəssisələri üzrə 1346 tibb işçisinə 1,07 mln manat məbləğində müddətli əlavə ödənilib.

Nazirlikdən bildirilib ki, qeyd edilən işçilərin əmək haqlarına müddətli əlavələr iş vaxtına mütənasib olaraq ödənilib.

Gülnar Əliyeva

İstinadlar Qafqazinfo