Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatların bir neçəsi əlillərin hüquqları haqqında qanuna edilən dəyişikliklərə etiraz edib. 13 deputat sözügedən layihənin əleyhinə səs verib.

Deputatlaırn çıxışından sonra spiker Sahibə Qafarova komitə sədri Musa Quliyevə bununla bağlı ayrıca iclas keçirilməsini təklif edib. 

Daha sonra çıxış edən M. Quliyev qanun layihəsinə səs verməyən həmkarlarına bu cür reaksiya verib: “Bura Milli Məclisdir kim, istəyər qanuna səs verər, kim istəməz səs verməz. Elə təsəvvür etdim ki, burada tək qapıya futbol oynayırıq. Mən də qapıçıyam, hamı da mənə qol vurur. 

Onu demək istəyirəm ki, belə deyil, hörmətli həmkarlar. Mən də şirvanlıyam, mən də müsəlmanam, a şirvanlılar. Yenə də Sahibə xanımın təklifinə qatılıram. Gələn həftə çox genişləndirilmiş komitə iclası keçirək, əlaqədar qurumları çağıraq və bütün suallara aydınlıq gətirək”.

İstinadlar Qafqazinfo