Oğuzda 12 yaşlı oğlanın meyiti meşəlik ərazidə, parçalanmış vəziyyətdə tapılıb.

Rayonun Xaçmaz kənd sakini 2008-ci il təvəllüdlü Cəbrayıl Vüsal oğlu Məmmədlinin meyiti meşəlik ərazidə aşkarlanıb. Onun meşədə yırtıcı heyvanlar tərəfindən parçalandığı ehtimal olunur.

Qeyd edək ki, C.Məmmədli ötən gün bostan sahəsini suvarmaq üçün ərazidən keçən çay qırağına gedib və itkin düşüb.

Faktla bağlı araşdırma aparılır.

 

İstinadlar Qafqazinfo