Yay mövsümü başlayandan 12 nəfəri gün vurub. 

Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev bildirib.

“Nəzərə alaq ki, yay mövsümi başlayandan hələki anomal isti hava şəraiti qeydə alınmayıb. Amma mövsüm başlayandan etibarən Bakı şəhər Təcili və Təxirəsalınmaz tibbi yardım stansiyasına bununla bağlı bir neçə müraciət daxil olub. Belə ki, 12 nəfər günvurmadan əziyyət çəkərək Təcili Yardıma müraciət edib. Onlardan 10-na xəstəxanada, 2 nəfərə isə yerindcə yardım göstərilib”, – həkim bildirib.

Z. Quliyev bildirib ki, açıq havada, xüsusilə isti yay günlərində günəşin altında olmaq səhər 10-na kimi və axşam 6-dan sonra tövsiyə olunur. Zərurət yarandığı halda çölə çıxarkən günəş kremi məhsullarından istifadə nəticəsində dərini günəş ləkələrinin yaranmasından xilas edə bilərik.

Gülnar Əliyeva

İstinadlar Qafqazinfo