Gəncədə xəstəxanada ölüm hadisəsi baş verib.

Qazax rayon Daşsalahlı kənd sakini 10 yaşlı İsrail Mehdiyev müalicə aldığı Gəncə Şəhər Birləşmiş Uşaq Xəstəxanasında dünyasını dəyişib.

Xəstəxanadan verilən məlumata görə, azyaşlı 2 gün əvvəl aqonal (canvermə) vəziyyətdə tibb müəssisəsinə gətirilib. Tibbi yardımlara baxmayaraq, 10 yaşlı uşaq bu gün səhər saatlarında vəfat edib. 

Faktla bağlı araşdırma aparılır. Uşağın ölüm səbəbi hələ ki, açıqlanmır. 

Elmar Əli

İstinadlar Qafqazinfo