1 yaşlı uşağın üstünə qaynar su töküldü

Bərdədə 1 yaşlı körpə qaynar sudan yanıb.

Hadisə rayonun Tumaslı kəndində qeydə alınıb.

Tumaslı kənd sakini, 2018-ci il təvəllüdlü Hacıyev Mehman Salman oğlunun üstünə yaşadığı evdə ehtiyatsızlıqdan qaynar su tökülüb. Körpə yanıq xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı rayon polis şöbəsində araşdırmalar aparılır.

Tural Hüseynli

İstinadlar Qafqazinfo

1 yaşlı uşağın üstünə qaynar su töküldü

Ağdamda 1 yaşlı uşağın üstünə qaynar su tökülüb

Hadisə rayonun İmamqulubəyli kəndində baş verib.
Hadisə Kənd sakini Qasımova Səma Asif qızının evdə sobanın üstündə qızdırılan qaynar suyu aşırması nəticəsində baş verib.
Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılan körpəyə ilkin tibbi yardım göstərilib. Həkimlər onun həyatına təhlükə olmadığı bildirir.