“Ölkədə 1 milyon 500 min şagird var. Amma Azərbaycan bazarında heç bu qədər sayda kompüter satışda yoxdur. Biz şagirdlərin hamısını kompüterlə təmin etsək belə, problem həll olunmayacaq. Əksinə daha ciddi problemlər yaranacaq”.

O qeyd edib ki, “1 şagird, 1 kompüter” sistemi tətbiq olunan ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, həmin ölkələr də təhsil sahəsində elə ciddi uğurlar əldə etməyiblər. Ona görə də ictimai müzakirəyə açıq olmalıyıq ki, düzgün strategiya seçək.

Nazir həmçinin bildirib ki, kompüter çatışmazlığı, internetə çıxışın zəif olması, müəllimlərin onlayn dərs keçmə bacarıqları və elektron tədris resursları baxımından koronavirus pandemiyasına davamlı olaraq problematik tərəf və ya imkan kimi baxa bilərik. 

“Biz birinci gündən başa düşürdük ki, kompüter və internet problemləri olacaq. Ona görə də teledərslər modelini seçdik. Ən yaxşı tərəf bu teledərslərlə bağlı oldu, ən bacarıqlı müəllimlər öz bilik və bacarıqlarını şagirdlərə çatdırır. Lakin burada da interaktivlik çatmır, şagirdlər sual verə bilmirlər. Biz Bakı və Sumqayıt kimi iri şəhərlərdə təxminən 74-75 % təhsilalanı qeydiyyatdan keçirib onlayn təhsilə cəlb edə bilmişik. Yerdə qalanlar bizim üçün də problemdir”, – nazir bildirib. 

Gülnar Əliyeva

İstinadlar Qafqazinfo