AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Kanadada meşə yanğınları nəticəsində 26 000 nəfər təxliyə edilib
  • Aqrar Kredit və İnkişaf Agentliyi 4 ayda 23 milyon manat kredit verib
  • Baş Prokurorluqda mülki müdafiə üzrə tədbir keçirilib
  • MDB ölkələrinin Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçirilən iclasının yekunları üzrə 19 sənəd imzalanıb
  • Bakıda azyaşlı qıza təcavüz edən şəxs həbs edildi
  • Magistr olmaq istəyənlər üçün II şans
  • Suraxanıda azyaşlı qızı zorakılığa məruz qoymaqda təqsirləndirilən şəxs həbs edilib
  • Azərbaycanda vergi ödəyicilərinin sayı 7 % artıb
  • Vüsal Qasımlıya müavin təyin edilib
  • Baş nazir: “Azərbaycan alternativ enerji ilə bağlı iri layihələr icra edir”
  • BAAU-nun təmsilçisi ECAR layihəsinin tədbirində
  • Bayramovla Mirzoyanın Vaşinqton görüşü təxirə salındı
  • Azərbaycan vətəndaşı Almaniyada saxlanılıb
  • “Azəriqaz”da media və QHT nümayəndələri ilə növbəti görüş keçiriləcək
  • “Ukrayna su anbarını vurdu ki…” – Lukaşenko
  • ABŞ-nin Ermənistandakı səfiri Azərbaycanla sərhədə getdi – Fotolar
  • “Sərhəd təhlükəsizliyi Prezidentin xüsusi diqqəti altındadır”
  • Səfərbərlik Xidməti insan hüquqları aylığı çərçivəsində tədbir keçirdi – Fotolar
  • DSX rəisi: “Sərhəd infrastrukturunun yaxşılaşdırılması istiqamətində tədbirlər görülür”
  • Azərbaycandan Türkiyə və Qazaxıstana ixracla bağlı məhdudiyyətlər aradan qaldırılıb
  • Azərbaycandakı ermənilərə baş çəkildi
  • Sahib Məmmədov: “Azərbaycanda sahibkarların dəstək mexanizmlərinin əhatə dairəsi genişləndiriləcək”
  • Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr aparılıb
  • Qarabağda biznes qurmaq üçün 1 400-dən artıq müraciət olub
  • “Bu, Ermənistanla Azərbaycana sərfəli olmalıdır”
  • Bakıda evə basqın edilib, saxlanılanlar var
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
“001” Bakının mərkəzində lüks maşınları əzdi – Video
28/03/2023 11:38
DİN: “Texniki baxışa təqdim edilməyən 150-dən artıq sürücü saxlanılıb” – VİDEO
08/06/2023 10:23
Bakıda doqquz mərtəbəli binada yanğın olub, 6 nəfər təxliyə edilib – VİDEO
08/06/2023 10:06
Mənzil başına çatmaq istəyənlər – Son mənzilə yola salınırlar – VİDEO
08/06/2023 04:38
Yağış Qaxdakı yollarda da məhdudiyyət yaratdı – Video
07/06/2023 14:44
Zakir Həsənov erməni təxribatlarından danışdı – Video
07/06/2023 12:59
Naxçıvanlılar Ermənistanın sərhəddə zavod tikməsinə etiraz edir – Video
07/06/2023 11:02
Arif Babayevin Habil Əliyevlə maraqlı xatirəsi… – Video
07/06/2023 06:26
Seldən qaçan el… – Video + Fotolar
07/06/2023 05:44
Sinan Ogan 5 il sonra da… – Video
07/06/2023 04:37
87 yaşlı qadın düşdüyü quyudan sağ çıxarıldı – Video
06/06/2023 15:35
Türkiyənin MİT rəhbərinin iyulun 6-dakı konsertinin biletləri satılıb, amma…
06/06/2023 15:27
Minadan təmizlənən ərazilərimizlə bağlı açıqlama – Video
06/06/2023 15:17
Bakıda sakinlərin ciddi narazılığına səbəb olan şəxs həbs edilib – VİDEO
06/06/2023 09:59
Amerikadan gətirilən avtomobillər bahalaşacaq – Video
05/06/2023 22:17
Ərdoğana sevgisini belə ifadə etdi – Video
05/06/2023 12:44
Azərbaycan Ordusunda artilleriya rəisləri ilə təlim-metodiki toplanış keçirilib – VİDEO
05/06/2023 12:19

Video xəbərlər

  • DİN: “Texniki baxışa təqdim edilməyən 150-dən artıq sürücü saxlanılıb” – VİDEO
  • Bakıda doqquz mərtəbəli binada yanğın olub, 6 nəfər təxliyə edilib – VİDEO
  • Mənzil başına çatmaq istəyənlər – Son mənzilə yola salınırlar – VİDEO
  • Yağış Qaxdakı yollarda da məhdudiyyət yaratdı – Video
  • Zakir Həsənov erməni təxribatlarından danışdı – Video

Sorğu

Ermınistanla necə bir münasibət istəyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

08/06/2023
15:46 Kanadada meşə yanğınları nəticəsində 26 000 nəfər təxliyə edilib
15:44 Aqrar Kredit və İnkişaf Agentliyi 4 ayda 23 milyon manat kredit verib
15:38 Baş Prokurorluqda mülki müdafiə üzrə tədbir keçirilib
15:26 MDB ölkələrinin Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçirilən iclasının yekunları üzrə 19 sənəd imzalanıb
15:23 Bakıda azyaşlı qıza təcavüz edən şəxs həbs edildi
15:14 Magistr olmaq istəyənlər üçün II şans
15:13 Suraxanıda azyaşlı qızı zorakılığa məruz qoymaqda təqsirləndirilən şəxs həbs edilib
15:11 Azərbaycanda vergi ödəyicilərinin sayı 7 % artıb
15:02 Vüsal Qasımlıya müavin təyin edilib
14:55 Baş nazir: “Azərbaycan alternativ enerji ilə bağlı iri layihələr icra edir”
14:53 Ölkədə vaksinasiya ilə bağlı son vəziyyət açıqlandı
14:52 Əli Əsədov: “MDB ölkələri ilə ticarət dövriyyəmiz 28 %-dən çox artıb”
14:50 Ölkədə cəmi 21 aktiv koronavirus xəstəsi var
14:44 FHN-in qurumlarına ekskursiya təşkil olunub – Fotolar
14:41 Bakı və Şamaxıda bələdiyyə sədrləri, icra nümayəndəsi və restoran direktoru cərimələnib
14:32 BAAU-nun təmsilçisi ECAR layihəsinin tədbirində
14:29 Bayramovla Mirzoyanın Vaşinqton görüşü təxirə salındı
14:19 Azərbaycan vətəndaşı Almaniyada saxlanılıb
14:17 “Azəriqaz”da media və QHT nümayəndələri ilə növbəti görüş keçiriləcək
14:16 “Ukrayna su anbarını vurdu ki…” – Lukaşenko
14:08 Azərbaycan səfiri etimadnaməsini Keniya Prezidentinə təqdim edib
14:07 Bakıda ofisdə qadına təcavüz edilib?
14:05 ABŞ-nin Ermənistandakı səfiri Azərbaycanla sərhədə getdi – Fotolar
13:59 “Sərhəd təhlükəsizliyi Prezidentin xüsusi diqqəti altındadır”
13:53 Bu ölkə dördgünlük iş həftəsinə keçir
13:17 Temperatur yenidən yüksəlir – 30° isti olacaq
13:11 Sosial şəbəkələrdə kredit verəcəyi və Şuşaya tur təşkil edəcəyini vəd edərək insanları aldadan şəxs saxlanılıb
13:05 Volodimir Zelenski Xerson vilayətinə səfər edib
13:02 MDB-nin icraçı katibi: “Sərhədlərin mühafizəsinə daha çox diqqət ayrılmalıdır”
12:44 Səfərbərlik Xidməti insan hüquqları aylığı çərçivəsində tədbir keçirdi – Fotolar
12:41 Milli Məclisin deputatları ABŞ-a səfər edəcəklər
12:35 Prezidentin köməkçisi: “Azərbaycan sərhəd təhlükəsizliyinə xüsusi önəm verir”
12:26 DSX rəisi: “Sərhəd infrastrukturunun yaxşılaşdırılması istiqamətində tədbirlər görülür”
12:25 Azərbaycandan Türkiyə və Qazaxıstana ixracla bağlı məhdudiyyətlər aradan qaldırılıb
12:23 Azərbaycandakı ermənilərə baş çəkildi
12:20 Elçin Quliyev: “Son illər sərhəd təhlükəsizliyi ilə bağlı təhdidlərin müəyyən transformasiyasını müşahidə edirik”
12:19 Azərbaycanda KOB subyektlərinin sayı açıqlanıb
12:17 Sahib Məmmədov: “Azərbaycanda sahibkarların dəstək mexanizmlərinin əhatə dairəsi genişləndiriləcək”
12:16 Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr aparılıb
12:13 Həftəsonu “Kənddən Şəhərə” yarmarkası təşkil olunacaq
12:11 Qarabağda biznes qurmaq üçün 1 400-dən artıq müraciət olub
12:05 “Bu, Ermənistanla Azərbaycana sərfəli olmalıdır”
12:02 BQXK nümayəndələri bu yaxınlarda saxlanılan iki Ermənistan vətəndaşına baş çəkiblər
11:59 Bakıda MDB-nin Sərhəd Qoşunlarının Komandanları Şurasının iclası keçirilir
11:52 Beynəlxalq forumun iştirakçıları Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
11:50 İsveç Azərbaycanın işğaldan azad olunmuş ərazilərində minatəmizləmə prosesində iştiraka dəvət edilib
11:38 İrana müalicəyə gedənlər casusluğa cəlb edilə bilər – Ehtiyatlı olun!
11:35 Bakıda evə basqın edilib, saxlanılanlar var
11:20 Dələduzlar “AzDrama”nın adından istifadə etdi – Zərərçəkənlər var
11:16 Azərbaycanın ən yeni tarixində uğurlu mərhələ
11:14 Su altında qalan Xerson – FOTOREPORTAJ
11:14 Qətl törətmiş şəxsi həbsdən çıxan kimi öldürmək istədilər
11:12 İŞİD-in Xorasan qolunun lideri öldürülüb
10:59 “Mərkəzə gələn yoxlamaya əvvəlcədən rüşvət verilib”
10:56 Hakan Fidan Erm-Aze arasında problemlərin həllini müzakirə etdi
10:41 Uşaqlıqda öyrədilənlərin çəkiyə təsirləri…
10:26 Qanunsuz balıq ovlayanlar cəzalandırıldı
10:23 DİN: “Texniki baxışa təqdim edilməyən 150-dən artıq sürücü saxlanılıb” – VİDEO
10:19 Bakıda tanışını öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub
10:17 Dövlət Xidməti MTK-larə xəbərdarlıq edib

Əvvəlki xəbərlər

Facebook-da izləyin

“001” Bakının mərkəzində lüks maşınları əzdi – Video

Multimedia 28/03/2023 11:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakıda zəncirvari yol qəzası baş verib.

Hadisə dünən Səbail rayonu, Zərifə Əliyeva küçəsində baş verib.

01 BO 001 dövlət qeydiyyat nişanlı “Nissan Patrol” markalı avtomobil idarəetmədən çıxaraq “Hyundai Accent”ə çırpılıb. Zəncirvari qəzada yol kənarındakı digər avtomobillərə də ciddi ziyan dəyib.

Hadisəyə səbəb olan və zədələnən avtomobillərin lüks nəqliyyat vasitələri olması diqqəti cəlb edib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

DİN: “Texniki baxışa təqdim edilməyən 150-dən artıq sürücü saxlanılıb” – VİDEO

Hadisə 08/06/2023 10:23
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Son bir neçə gün ərzində keçirilən belə tədbirlər zamanı 150-dən artıq avtobus və mikroavtobus sürücüsü saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xəbər verdiyimiz kimi vətəndaş məmnunluğunun təmin edilməsi, eləcə də nəqliyyat vasitələri sahiblərinə fasiləsiz xidmət göstərilməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə Mərkəzlərində 24 saat fasiləsiz iş rejimi tətbiq edilib. Eyni zamanda, xidmətin fasiləsiz təşkili nəticəsində gündüz saatlarında sərnişin daşınması ilə məşğul olan avtobusların sahiblərinə və sürücülərinə nəqliyyat vasitələrini iş saatlarından sonra texniki baxışa təqdim etmək imkanı yaradılıb. Yaradılan şəraitə baxmayaraq sürücülər arasında müxtəlif yollarla nəqliyyat vasitələrini texniki baxışa təqdim etmək istəməyənlərə hələ də rast gəlinir. Texniki baxışa təqdim edilməyən avtobuslar isə sərnişinlərin və yollarda digər hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradır.

Araşdırmalar zamanı qeyri-qanuni yollara əl ataraq avtomobili texniki baxışa təqdim etməyən avtobusların əsasən mərkəzdən kənarda, kənd və qəsəbələr arasında fəaliyyət göstərdiyi müəyyən edilib. Həmin sürücülərin, avtobusların məxsus olduğu şirkətlərin müəyyən edilməsi, bu sahədə nizam-intizamın yaradılması məqsədi ilə Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir. Son bir neçə gün ərzində keçirilən belə tədbirlər nəticəsində texniki baxışdan yayınmaq üçün dövlət qeydiyyat nişanlarına müdaxilə edən, habelə digər üsullara əl atan 150-dən artıq avtobus və mikroavtobus sürücüsü saxlanılıb. Həmin sürücülər barəsində qanunauyğun tədbirlər görülüb. Həmin avtobuslardan 100-dən çoxunun dövlət nömrə nişanının dəyişdirilməsi, nasazlıqların aradan qaldırlması və texniki baxışdan keçirilməsi təmin edilib.

Oxumağa dəyər:   Əfqanıstanda mikroavtobus qəza törədib, onlarla insan həlak olub

Onların mənsub olduğu sərnişindaşıma şirkətləri qarşısında nəqliyyat vasitələrinin dövlət nişanlarının bərpa edilməsi tələbi qoyulub. Sərnişinlərin rahatlığını təmin etmək və avtobusların qısa müddətdə xəttə qayıtması məqsədi ilə onlara dövlət qeydiyyat nişanlarının dəyişdirilməsi, nasazlıqların aradan qaldırılması və texniki baxışdan keçirilməsi üçün Baş Dövlət Yol Polisi İdarəsində xüsusi şərait yaradılıb.

Hər kəsi texniki cəhətdən nasaz avtobuslarla səfər etməyin ağır faciələrə səbəb ola biləcəyini anlamağa və polis əmədakdaşlarının bu sahədə həyata keçirdikləri profilaktik tədbirlərə öz tövhəsini verməyə çağırırıq. Avtomobillərin texniki baxışdan keçirilməsi təkcə yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün yox, həmçinin ictimai-asayişin qorunması və cinayətlərin qarşısınını alınması üçün də qanunla nəzərdə tutulan vacib tələblərdən biridir.

Xatırladaq ki, sürücülər avtomobillərinin texniki baxışa təqdim edilməsi barədə onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün 012-590-71-13 nömrəsi və “902” qaynar xətti ilə əlaqə saxlaya bilərlər.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda doqquz mərtəbəli binada yanğın olub, 6 nəfər təxliyə edilib – VİDEO

Hadisə 08/06/2023 10:06
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakıda doqquz mərtəbəli binada yanğın olub, 6 nəfər təxliyə edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, ötən gecə FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində doqquz mərtəbəli binanın 6-cı mərtəbəsinin pilləkan qəfəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində pilləkan qəfəsində 3m² sahədə məişət tullantıları yanıb. Yanğın zamanı 6 nəfər bina sakini FHN-in qüvvələri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Bina və mənzillər yanğından mühafizə olunub.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Mənzil başına çatmaq istəyənlər – Son mənzilə yola salınırlar – VİDEO

Multimedia 08/06/2023 04:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakıda piyadaların ən çox vurulduğu ərazilər açıqlanıb. 

Mövzu ilə bağlı İctimai Televiziya reportaj hazırlayıb. 

Bildirilib ki, Bakıda piyadaların ən çox vurulduğu ərazilər Heydər Əliyev, Ziya Bünyadov, Babək, 8 Noyabr Prospekti və Yusif Səfərov küçələridir.

Sözügedən süjeti təqdim edirik:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Yağış Qaxdakı yollarda da məhdudiyyət yaratdı – Video

Multimedia 07/06/2023 14:44
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Qeyri-sabit hava şəraiti nəticəsində gecə saatlarında Qax rayonu ərazisində bir-neçə avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər yaranıb.

Bu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Belə ki, güclü külək və yağış nəticəsində Şəki-Qax, Qax-Zaqatala və Qorağan-Qax avtomobil yollarında bir-neçə ərazidə ağacların yollara aşması nəticəsində hərəkət məhdudlaşıb. Bundan başqa rayonun İlisu kəndi ərazisində sel suları özü ilə bərabər lil və qaya parçaları gətirərək yolun hərəkət hissəsini doldurub.

***

İntensiv yağıntılar nəticəsində Qax rayonunun Qaşqaçay və Armudlu kəndlərini birləşdirən Qaşqaçay üzərində yerləşən və səhər saatlarında sel sularının yuyaraq dağıtdığı suötürücü borular bərpa olunub. 

Qeyd edilib ki, gələcəkdə bu kimi hadisələrin baş verməsinin qarşısını almaq məqsədi ilə hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qaşqaçay üzərində 2 aşırımlı və 36 metr uzunluğa malik yeni avtomobil körpüsünün inşası aparılır.

Ümumilikdə baş vermiş təbii fəlakət nəticəsində respublikanın şimal-qərb bölgəsində yol infrastrukturuna və yol qurğularına ciddi ziyan dəyib.

Oxumağa dəyər:   Zelenskidən sonra Putinlə də telefonla danışdı

 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Zakir Həsənov erməni təxribatlarından danışdı – Video

Multimedia 07/06/2023 12:59
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

İyunun 7-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Macarıstanın müdafiə naziri Kristof Szalay-Bobrovnicskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə “Qafqazinfo”ya Müdafiə Nazirliyindən məlumat verilib.

Z.Həsənov macarıstanlı həmkarını Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində Ermənistan tərəfindən törədilən təxribatlar barədə məlumatlandırıb. Qeyri-qanuni erməni birləşmələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmalarının, əcnəbi vətəndaşların qanunsuz səfərlərinin, Azərbaycanın təbii sərvətlərinin intensiv şəkildə talan olunmasının və bu kimi digər qanunsuz fəaliyyətlərin qarşısının alınması məqsədilə Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycan tərəfindən sərhəd-keçid və nəzarət məntəqəsinin qurulduğunu diqqətə çatdırıb.

Eyni zamanda, qeyd olunub ki, hazırda erməni sakinlərin, Beynəlxalq Qızıl Xaç Komitəsinin, Rusiya sülhməramlı kontingentinin keçid məntəqəsi vasitəsilə şəffaf və nizamlanan şəkildə hər iki istiqamətdə hərəkəti təmin edilir.

Cənab K.Szalay-Bobrovnicski ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Macarıstan ikitərəfli münasibətlərinin bir çox sahədə, o cümlədən hərbi sahədə də uğurla inkişaf etdiyini qeyd edib.

Oxumağa dəyər:   Samuxda keçmiş məhkumda odlu silah aşkarlanıb - FOTO

Macarıstanın müdafiə naziri ölkəsinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı dəstəklədiyini və bölgədə dayanıqlı sülhün əldə olunmasına töhfə verməyə hazır olduğunu bildirib.



İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Naxçıvanlılar Ermənistanın sərhəddə zavod tikməsinə etiraz edir – Video

Multimedia 07/06/2023 11:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Ermənistanın Naxçıvanla sərhəddə iri metallurgiya zavodu tikməyə hazırlaşması Sədərək rayonunun sakinlərinin ciddi narahatlığına səbəb olub. 

Bununla bağlı Naxçıvan Televiziyası süjet hazırlayıb. 

Sakinlərin sözlərinə görə, zavodun inşası ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə gətirib çıxaracaq. Zavodun yerləşəcəyi Arazdəyən kəndi Araz çayının kənarında olduğundan, zavoddan çıxan tullantılar çaya axıdılacaq. 

Sakinlər bunu Ermənistanın növbəti ekoloji cinayəti hesab edirlər. 

Həmin süjeti təqdim edirik:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Arif Babayevin Habil Əliyevlə maraqlı xatirəsi… – Video

Multimedia 07/06/2023 06:26
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Habillə mənim çox zarafatlarım olub”.

Bu sözləri İctimai TV-nin verilişində mərhum tarzən Habil Əliyevlə bağlı xatirələrini bölüşərkən xanəndə Arif Babayev deyib.

O, İtaliyaya qastrol səfəri zamanı aralarındakı maraqlı hadisədən danışıb.

Sözügedən videonu təqdim edirik:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Seldən qaçan el… – Video + Fotolar

Multimedia 07/06/2023 05:44
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Türkiyədə yağan şiddətli yağış Samsunda həyatı iflic edib. 

Nəticədə Terme çayı daşaraq evləri su basıb.

Təbiət hadisəsi 1 nəfərin həyatına son qoyub.

Rayonun Terme qəsəbəsində tövlə və evlər dağılıb, əkinçilik sahələri və otlaqlara külli miqdarda ziyan dəyib. Sakinlər qəsəbədən təxliyə olunublar.




İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Sinan Ogan 5 il sonra da… – Video

Multimedia 07/06/2023 04:37
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“2028-ci ildə keçirilən prezident seçkilərində də namizəd olacağam”.

Bunu Türkiyədə “ATA İttifaqı”ndan prezidentliyə keçmiş namizəd Sinan Oğan qatıldığı verilişlərin birində deyib.

O bildirib ki, siyasi mübarizəsi sona kimi davam edəcək.

 Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin ilk turunda “ATA ittifaqı”nın namizədi Sinan Oğan 5,17 faiz səs toplamışdı.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

87 yaşlı qadın düşdüyü quyudan sağ çıxarıldı – Video

Multimedia 06/06/2023 15:35
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lənkəran rayonunun Tütəpeştə kəndində 1 nəfərin su quyusuna düşərək təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən verilən məlumata görə, xilasedicilər dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1936-ci il təvəllüdlü vətəndaş A.Cahangirova dərinliyi təqribən 6-7 metr olan su quyusuna düşərək təhlükəli vəziyyətdə qalıb.

Xilasedicilər operativ olaraq xüsusi xilasetmə vasitələri ilə vətəndaşı quyudan çıxararaq xilas ediblər.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Türkiyənin MİT rəhbərinin iyulun 6-dakı konsertinin biletləri satılıb, amma…

Xəbər 06/06/2023 15:27
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Türkiyə kəşfiyyatının yeni rəhbəri İbrahim Kalının iştirakı ilə iyulun 6-da İstanbulda keçirilməsi planlaşdırılan konsert ləğv edilib. Bununla belə, oktyabrda keçiriləcək konsertin biletləri hələ də satışdadır.

Kalın bir neçə single yazdırıb, oxuyur və saz çalır. 2022-ci ilin oktyabrında o, Beynəlxalq Xalq Musiqisi Festivalı çərçivəsində üç musiqiçi ilə birlikdə konsert verib.

İyulun 6-da Kalın eyni komandanın tərkibində İstanbulda açıq hava məkanında çıxış etməli idi. Lakin çərşənbə axşamına olan məlumata görə, tədbir haqqında informasiya yalnız təşkilatçının və bilet operatorlarının saytında qalıb. Onu almaq mümkün olmayıb.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi nümayəndəsi İbrahim Kalını ölkənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri təyin edib. O, 2014-cü ildən Türkiyə Respublikası Prezidentinin rəsmi nümayəndəsi kimi çalışırdı.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Minadan təmizlənən ərazilərimizlə bağlı açıqlama – Video

Multimedia 06/06/2023 15:17
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən tapşırıqların icrası davam etdirilir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, cari ilin iyun ayı ərzində azad olunmuş ərazilərimizdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində 200 hektaradək ərazi minalardan tam təmizlənib.

İşğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 30890 hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib.

Bundan başqa, Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə cari il ərzində 9 km-dək yeni təminat yolları çəkilib, 38 km-dək mövcud təminat yolları təkmilləşdirilərək bərpa edilib.

Mina təmizlənmə işlərində əsas səylər azad edilmiş ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda sakinlərin ciddi narazılığına səbəb olan şəxs həbs edilib – VİDEO

Hadisə 06/06/2023 09:59
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakının Nərimanov rayonunda gecə saatlarında güclü səs effekti yaradan pirotexniki vasitələrdən istifadə edən və ətrafda yaşayan sakinlərin ciddi narazılığına səbəb olan şəxs həbs edilib.

Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, ötən gecə naməlum şəxs gecə saat 03 radələrində Nərimanov rayonunda binalardan birinin həyətində güclü səs effekti yaradan pirotexniki vasitələrdən istifadə edərək ətrafda yaşayan sakinlərin haqlı narazılığına və çoxsaylı şikayətlərinə səbəb olub. Həmin şəxsin etdiyi əməl inzibati ərazidə quraşdırılan videomüşahidə kameraları vasitəsi ilə də qeydə alınıb. Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində gecə saatlarında pirotexniki vasitələrdən istifadə edən paytaxt sakini Həsən Hüseynli saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və toplanmış material baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən o, 5 gün müddətinə inzibati qaydada həbs edilib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Amerikadan gətirilən avtomobillər bahalaşacaq – Video

Multimedia 05/06/2023 22:17
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Amerikadan gətirilən avtomobillərin qiyməti bahalaşa bilər.

Növbəti aydan Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin keçməsinə görə rüsumları 8.3% artırır.

Ekspertlər hesab edir ki, bu hal ölkəmizə Amerikadan idxal olunan avtomobillərin qiymətinə təsir edə bilər.

İqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, sözügedən avtomobillərin daşınma xərcləri 200 dollara yaxın arta bilər.

Xaricdən gətirilən avtomobillər üzrə ekspert Hüseyn Məmmədli isə deyir ki, ötən ilin sonunda da Türkiyənin həmin boğazlarda sözügedən rüsumu artırılması hiss olunan dərəcədə qiymət fərqinə səbəb olmuşdu.

Hüseyn Məmmədli bildirib ki, gəmiyə tətbiq olunan rüsum artımı çox az olduğundan onu avtomobil başına hesablayanda çox az fərq edir. Bu isə hazırki bazarda mütşərilərin qiymətdən narazılığına səbəb olmur.

Daha ətraflı videomaterialda:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ərdoğana sevgisini belə ifadə etdi – Video

Multimedia 05/06/2023 12:44
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Türkiyədə yenidən Prezident seçilən Rəcəb Tayyib Ərdoğana dəstək və sevgi mesajları gəlməyə davam edir.

Onur Uyğun adlı dalğıc üzərində Ərdoğanın təsvirinin və “Yine Reis Yeniden Reis” sloqanının əks olunduğu pankartla üzüb.  

Hadisənin görüntüləri sosial mediada maraqla qarşılanıb.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Azərbaycan Ordusunda artilleriya rəisləri ilə təlim-metodiki toplanış keçirilib – VİDEO

Multimedia 05/06/2023 12:19
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən, Quru Qoşunlarının birlik və birləşmələrin artilleriya rəisləri ilə təlim-metodiki toplanış keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə zabitlərin müasir ümumqoşun döyüşünün aparılması üzrə nəzəri bilikləri yoxlanılıb.

Toplanışda döyüş vəziyyətinə uyğun şəraitdə idarəetmə məntəqələrinin açılması, zəruri hesabatların aparılması, optik cihazlar vasitəsilə hədəf koordinatlarının aşkar edilməsi, bölmələr arasında qarşılıqlı əlaqənin saxlanılması, eləcə də atəşin idarəedilməsi üzrə digər mövzularda məşğələlər keçirilib.

Gecə və gündüz şəraitində keçirilən nəzəri məşğələlərin sonunda təyin olunan şərti düşmən hədəflərinə atəş tapşırıqları bölmələr tərəfindən yüksək peşəkarlıqla yerinə yetirilib.

Qeyd edək ki, keçirilən təlim-metodiki toplanışın əsas məqsədi artilleriya zabitlərinin atəşi idarəetmə vərdişlərinin təkmilləşdirilməsi, eləcə də bilik və bacarıqlarının daha da artırılmasıdır.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Hadisə 08/06/2023 10:23

DİN: “Texniki baxışa təqdim edilməyən 150-dən artıq sürücü saxlanılıb” – VİDEO

Read more
Hadisə 08/06/2023 10:06

Bakıda doqquz mərtəbəli binada yanğın olub, 6 nəfər təxliyə edilib – VİDEO

Read more
Multimedia 08/06/2023 04:38

Mənzil başına çatmaq istəyənlər – Son mənzilə yola salınırlar – VİDEO

Read more
Multimedia 07/06/2023 14:44

Yağış Qaxdakı yollarda da məhdudiyyət yaratdı – Video

Read more
Multimedia 07/06/2023 12:59

Zakir Həsənov erməni təxribatlarından danışdı – Video

Read more
Multimedia 07/06/2023 11:02

Naxçıvanlılar Ermənistanın sərhəddə zavod tikməsinə etiraz edir – Video

Read more
Multimedia 07/06/2023 06:26

Arif Babayevin Habil Əliyevlə maraqlı xatirəsi… – Video

Read more
Multimedia 07/06/2023 05:44

Seldən qaçan el… – Video + Fotolar

Read more
Multimedia 07/06/2023 04:37

Sinan Ogan 5 il sonra da… – Video

Read more
Multimedia 06/06/2023 15:35

87 yaşlı qadın düşdüyü quyudan sağ çıxarıldı – Video

Read more
Xəbər 06/06/2023 15:27

Türkiyənin MİT rəhbərinin iyulun 6-dakı konsertinin biletləri satılıb, amma…

Read more
Multimedia 06/06/2023 15:17

Minadan təmizlənən ərazilərimizlə bağlı açıqlama – Video

Read more
Hadisə 06/06/2023 09:59

Bakıda sakinlərin ciddi narazılığına səbəb olan şəxs həbs edilib – VİDEO

Read more
Multimedia 05/06/2023 22:17

Amerikadan gətirilən avtomobillər bahalaşacaq – Video

Read more
Multimedia 05/06/2023 12:44

Ərdoğana sevgisini belə ifadə etdi – Video

Read more
Multimedia 05/06/2023 12:19

Azərbaycan Ordusunda artilleriya rəisləri ilə təlim-metodiki toplanış keçirilib – VİDEO

Read more
Hadisə 05/06/2023 09:38

Bakıda hərbi sursat aşkarlanıb – VİDEO

Read more
Multimedia 04/06/2023 23:14

Erməni diversantların etirafları… – Video

Read more
Multimedia 03/06/2023 23:11

Ərdoğan Nazirlər Kabinetinin tərkibini açıqlayır – Canlı – VİDEO

Read more
Multimedia 03/06/2023 22:44

“İşgəncələr məbədi – Şuşa həbsxanası” nümayiş olundu – Video

Read more
Multimedia 03/06/2023 18:50

Ərdoğan İlham Əliyevlə görüşdü, salon alqışladı – Video

Read more
Multimedia 03/06/2023 10:14

Rüşvət alarkən tutulan gömrük polkovniki azadlığa buraxıldı – VİDEO

Read more
Multimedia 03/06/2023 01:02

Gəncədə türbə yağış və kanalizasiya sularının ortasında qaldı – Video

Read more
Multimedia 02/06/2023 16:44

İqbal Məmmədov fotolarla şantaj edildiklərini təsdiqlədi – VİDEO

Read more
Multimedia 02/06/2023 15:32

Sudan qanunsuz istifadə hallarının qarşısı alındı – Video

Read more
Multimedia 02/06/2023 13:14

Qazaxıstan MN-in nümayəndə heyəti Azərbaycanda – Video

Read more
Hadisə 02/06/2023 11:16

Taksi görüntüsü yaradaraq narkotik satan “Prius” sürücüsü saxlanılıb – VİDEO

Read more
Multimedia 02/06/2023 00:02

Güney Azərbaycanda 6 min illik qala məhv olmaq təhlükəsi ilə üzləşib – VİDEO

Read more
Multimedia 01/06/2023 16:19

Azərbaycan milli adları ilə Fransada ətirli şamlar istehsal olundu – Video

Read more
Multimedia 01/06/2023 11:35

İsmayıllı-Lahıc yolunda hərəkət bərpa olundu – Video

Read more
Multimedia 31/05/2023 17:46

Şimşək çaxıb, dolu yağıb, Dəstəfurçay-Qaraqollar çayından sel keçir – Faktiki hava+Video

Read more
Multimedia 31/05/2023 16:13

Oğuza dolu düşdü – Video

Read more
Multimedia 30/05/2023 21:34

Buzovnada dənizkənarı yenidən hasarlandı – Video

Read more
Multimedia 30/05/2023 15:47

İshak Hersoqun qarşılanma mərasimindən – Video

Read more
Hadisə 30/05/2023 13:14

Kəmaləddin Heydərov BƏƏ-nin nümayəndə heyəti ilə görüşüb – VİDEO

Read more
Multimedia 30/05/2023 12:04

“Azərişıq” Zodda 35 kV-luq xəttin çəkilişini yekunlaşdırdı – Video

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2023 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla