Yaponiya Cənubi Kuril adaları ilə bağlı məsələdə Rusiya ilə razılıq əldə etmək üçün işləməyə hazırdır

Bunu Yaponiyanın baş naziri Sindzo Abe bəyan edib.
Onun sözlərinə görə, dörd ada ilə bağlı razılıq üçün Yaponiya mərhələli şəkildə danışıqlar keçirmək niyyətindədir.
Qeyd edək ki, Yaponiya hazırda Rusiyanın tərkibində olan Cənubi Kuril arxipelaqının Kunaşir, Şikotan, İturup və Habomai adalarına iddia edir. Rusiya tərəfi isə bu adaların İkinci Dünya müharibəsi nəticəsində SSRİ-nin suverenliyinə keçdiyini bildirir.

İstinadlar Trend