İsveçin Höteborq şəhərində 2012-ci ildə baş verən hadisə Bakının Nizami küçəsində bir neçə gün öncə olan olay kimi təqdim edilib.

Sosial şəbəkə istifadəçilərinin bu paylaşım yanlışlığı Xəzər TV-nin olayla bağlı süjet hazırlaması ilə nəticələnib.

Əlbəttə, itlərin buruntaq olmadan gəzdirilməsi rikslidir və Azərbaycanda da bənzər olaylar baş verib. Ona görə də süjetin maarifləndirici əhəmiyyəti xüsusi vurğulanmalıdır. Ancaq istinad edilən hadisə Bakıda baş verməyib.

Qeyd edək ki, it sahibinin əlindən çıxıb kiməsə zərər yetirərsə, əvvəlcə polis həmin şəxsi saxlayaraq protokol yazır. Sonra isə həmin protokol Bakı şəhər Baytarlıq İdarəsinə göndərilir və araşdırma aparılır.

Əgər it dişləməsi səbəbindən vətəndaş xəsarət alarsa, o zaman itin sahibi 1000-2000 manat miqdarında cərimələnə, 360 saatdan 480 saata qədər içtimai işlərə, həmçinin 1 ilədək islah işlərinə cəlb edilə və 6 ayadək müddətə azadlıqdan məhrum edilə bilər.

Müqayisə üçün hər iki videonu təqdim edirik:

Oxumağa dəyər:   FHN 1 nəfəri ölümdən xilas etdi

İstinadlar axar.az