Terrorçu PKK qruplaşmasının Türkiyədəki əsas silahlılarından olan “Gülbahar” kod adlı Hülya Eroğlu zərərsizləşdirilib.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, noyabrın 2-də Türkiyənin Şırnak bölgəsində keçirilən antiterror əməliyyatı nəticəsində 31 terrorçu məhv edilib. Onların arasında Hülya Eroğlu da olub.

“Gülbahar” Türkiyədə olub, barəsində “qırmızı xət”lə axtarış elan edilən yeganə terrorçu imiş.

O, terrorçu PKK qurplaşmasının Türkiyədə törətdiyi silsilə partlayış və silahlı hücumlarda iştirak edib.

1974-cü ildə Türkiyənin Diyarbakır bölgəsində doğulmuş Hülya Eroğlu qruplaşmanın “idarəetmə şurasının” üzvü olub. 

İstinadlar Report