Türkiyə Ermənistan və İranla sərhədində divar ucaldacaq.

Azərbaycan 24 xəbər verir ki, divar Türkiyə Müdafiə Nazirliyinin təşəbbüsü ilə tikiləcək.

Ankara Ermənistanla sərhəddəki divarı Ərdahan, Qars və İqdırda tikməyi planlaşdırır.

Suriyadan sonra Ermənistan və İranla sərhəddə beton divarların qoyulmasına əsas səbəb kimi terrorizm və qaçaqmalçılıqla mübarizə göstərilir. Sərhəd divarlarının hündürlüyü 3 metr, eni 2 metr olacaq.

İstinadlar Star, axar.az