Türkiyə Silahlı Qüvvələri İraqı Mosul İŞİD terror təşkilatından azad olunduqdan sonra tərk edəcək

Bunu İraqın Türkiyədəki səfiri Hişam əl-Əlavi deyib.
Səfirin sözlərinə görə, Mosulun azad edilməsi əməliyyatları 3 ay ərzində başa çatacaq.
Öz növbəsində səfirin sözlərini şərh edən Türkiyənin milli müdafiə naziri Fikri İşıq deyib ki, Türkiyə ordusu İraqdan yalnız ölkənin şimalının İŞİD təhlükəsindən azad olunmasından sonra Bağdadla müzakirələr nəticəsində çıxarılacaq.
Nazir qeyd edib ki, türk hərbçilərinin İraqın Başika bazasındakı mövcudluğu zəruridir.