Prezident Donald Tramp ABŞ-ın 35-ci prezidenti Con Kennedinin sui-qəsdinə dair bir neçə min gizli sənədin yayımlanmasının qarşısını alacaq

Bu barədə məlumatı “Politiko” qəzeti yayıb.
Tramp administrasiyası bu gizli sənədlərin dərc edilməsinin ABŞ milli təhlükəsizliyini təhlükə altına ala biləcəyindən qorxur. Lakin qəzet administrasiyanın qismən də olsa həmin sənədlərin yayımlanmasına şərait yaratmağa çalışacağını bildirib.
Qeyd edək ki, oktyabrın 26-da ABŞ Milli Arxiv İdarəsi 1963-cü il faciəsi ilə əlaqədar Mərkəzi Kəşfiyyat İdarəsi və Federal Təhqiqatlar Bürosunun təxminən 3100 sənədini yaymağa hazırlaşır.