ABŞ Prezidenti Donald Tramp Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) liderlərinin noyabrın 14-də Manilada keçirilən sammitində iştirak etməyəcək. O, artıq Filippini tərk edib

Bu barədə ABŞ administrasiyasındakı mənbə məlumat yayıb.
Ağ evin rəsmi nümayəndəsinin sözlərinə görə, Trampın liderlərin danışıqlarında iştirakdan imtina etməsinə tədbirin həddən çox yubanması səbəb olub. Manilada görüş qrafikdən təxminən 90 dəqiqə geri qalıb.
ABŞ Prezidenti sammit çərçivəsində işgüzar nahar zamanı liderlər qarşısında çıxış edib. Tramp təyyarəsinin göyərtəsində jurnalistlərə bildirib ki, çıxışının mətni sammit iştirakçılarına paylanıb.
Görüşdə Birləşmiş Ştatları dövlət katibi Reks Tillersonun təmsil edəcəyi bildirilir.