“Cari ilin noyabr ayında səlahiyyət müddəti bitən BMT və Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatınının Suriyada kimyəvi silah istifadəsinin araşdırılması üzrə birgə mexanizm öz aktivlərinin məhvinə başlayıb”

BMT-nin rəsmi saytında bildirilir ki, bu barədə BMT baş katibi Antonio Quterreş Təhlükəsizlik Şurasına məktbunda qeyd edib.
“Təhlükəsizlik Şurası mexanizmin mandatını uzatmadı və onun səlahiyyət müddəti 17 noyabr 2017-ci ildə bitdi. Mexanizm artıq BMT prosedurları ilə müəyyənləşdirilən qaydada öz sənədlərinin arxivləşdirilməsinə və aktivlərinin ləğv edilməsinə başlayıb”, – deyə məktubda bildirilib.
Bununla belə, Quterreş qeyd edib ki, kimyəvi silahların istifadəsinə heç nə ilə bəraət qazandırmaq olmaz və onu tətbiq edənlər cəzasız qalmamalıdırlar.(Ordu-az)