SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun istintaqa cəlb olunması ilə bağlı yayılan məlumatlara cavab verib.

X. Məmmədov bildirib ki, bir neçə elektron kütləvi informasiya vasitələri heç bir əsası olmayan, məsuliyyətsiz, əsassız və yalan məlumat yayılıb:

“İstintaqa cəlb olunmağımla bağlı işgüzar fəaliyyətimə, şərəfimə və ləyaqətimə xələl gətirə biləcək məlumat yayıblar. Guya, mən Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşləri üzrə İstintaq İdarəsində istintaqa cəlb olunmuşam.

Bu xəbəri yayan informasiya vasitələrinin rəhbərlərini, yazının müəllifini məsuliiyətə çağırır, onların yoxlanılmamış məlumatı yaymaqda hansı hüquqa zidd hərəkət etdiklərini özlərinə xatırlatmaq istəyirəm. Yəqin ki, jurnalist, bununla bağlı istintaq aparan orqandan həqiqəti öyrənməli və sonra ictimailəşdirməli idi. Bu onun borcudur və buna görə məsuliyyəti var.

Tutduğum mövqeyə və daşıdığım vəzifə öhdəliklərinə görə mən jurnalistlər üçün həmişə açıq olmağa çalışmış və onların suallarını cavablandırmağa çalışmışam. Bu xəbərlə bağlı isə mənə heç kim müraciət etməyib. Düşünürəm ki, bu xəbəri çap edənlər, onu saytlarında yayanlar hüquqi məsuliyət və cavabdehlikdən xəbərsiz deyillər. Ona görə də sayıram ki, jurnalist etikasına yaraşmayan və məhkəməyə gətirib çıxarda biləcək bu hərəkətlərindən çəkinsinlər.

Oxumağa dəyər:   SOCAR 1 milyon 250 min dollar faiz ödəyib

Hazırda növbəti əmək məzuniyyətindəyəm və tam təsadüf üzündən bu xəbəri oxumuşam”.

İstinadlar Qafqazinfo