Dünən 200 metr məsafəni 20.09 saniyəyə qaçıb finişə çataraq dünya çempionu olan Türkiyə yığmasının azərbaycanlı üzvü Ramil Quliyev dünya şöhrətli atlet Hüseyn Bolt ilə görüşüb.

Axar.az xəbər verir ki, idmançılar Londonda qaldıqları oteldə bir araya gəliblər.

Bolt qazandığı uğura görə həmyerlimizi təbrik edib:

“Mövqeyini qorumağı arzu edirəm. Ölkənin və sənin adından çox sevindim”.

Qeyd edək ki, Hüseyn Bolt 1 həftə öncə kariyerasının son yarışına çıxaraq və 9.95 saniyəlik nəticə ilə üçüncü sırada qərarlaşmışdı.

İstinadlar axar.az