Rusiyada qrip epidemiyası başlayandan 5 nəfər vəfat edib

Bunu İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmətinin rəhbəri Anna Popova deyib.
Onun sözlərinə görə, hazırda ölkə ərazisində qeydə alınan qripə yoluxma halları orta ağırlıqdadır:
“Lakin ötən ilə nisbətən bu il xəstəxanaya yerləşdirilmə halları dəfələrlə azalıb”.
Qeyd edək ki, ötən il Rusiyada qripdən 600-dən çox adam ölüb.