“Biz Rusiya telekanallarının Ermənistan ərazisində yayımının qadağan olunmasını istəyirik”.

Bu bəyanatla “Ermənistan dövləti naminə cəbhə” çıxış edib.

Bəyanatda bildirilib ki, Rusiya telekanalları Ermənistan Konstitusiyasını aşağılayır. “Cəbhə” “RTR-Planeta”, “Pervıy kanal” və “Mir” telekanllarının Ermənistanda yayımı ilə bağlı lisenziyanın ləğvini tələb edib: “Həmin səbəbdən NTV, “Zvezda”, “RenTV” və kabellə yayımlanan Rusiyanın bütün telekanallarının lisenziyasının fəaliyyətinin dayandırılmasını tələb edirik”. 

İstinadlar Report