Rusiya Metsamor AES-i nüvə yanacağı ilə təmin edəcək. 

Bununla bağlı Rusiya “Rosatom”unun TVEL yanacaq şirkəti Ermənistanla müqavilə imzalayıb.

Məlumata görə, TVEL Metsamor AES-i 100 faiz yanacaqla təmin edəcək.

Qeyd edək ki, Metsamor AES 1980-ci ildə istifadəyə verilib. Ermənistanda istifadə olunan elektrik enerjisinin orta hesabla 45 faizini stansiyanın ikinci bloku istehsal edir. Birinci blok isə hazırda dayandırılıb.

Azərbaycan, İran və Türkiyənin rəsmi dövlət qurumları AES-in fəaiyyətinin qonşu dövlətlərin ekoloji vəziyyətinə ziyan vurduğu haqqında səlahiyyətli beynəlxalq təşkilatlar qarşısında onun istismarının birdəfəlik dayandırılmasına dair dəfələrlə məsələ qaldırıblar. 

İstinadlar Report