Rusiya hərbi gəmiləri Bakı limanını tərk edib

“Dəniz kuboku – 2017” beynəlxalq yarışlarında iştirak etmək üçün iyulun 23-də Azərbaycana gələn Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Qrad Sviyajsk” kiçik raket və “SB-45” xilasetmə yedək gəmiləri avqustun 12-də Bakı limanını tərk edib.