Rusiya icarəyə götürdüyü Baykonur kosmodromunun bir hissəsini Qazaxıstan hakimiyyətinə qaytarıb.

Bu barədə noyabrın 14-də Qazaxıstan Müdafiə və Aerokosmik Sənayesi Nazirliyinin saytında məlumat yayılıb.

Rusiya kosmodromun 11,6 min hektarını geri qaytarıb.

Qeyd edək ki, Rusiya Baykonur kosmodromunun icarəyə götürülməsi ilə bağlı 1994-cü ildə Qazaxıstanla müqavilə imzalayıb. Rəsmi Moskva kosmodroma ildə 115 milyon dollar icarə pulu ödəyir, onun istismarına isə, təxminən,  200 milyon dollar xərcləyir. 2004-cü ildə kosmodromun icarəsi 2050-ci ilədək uzadılıb. 2010-cu ildə Qazaxıstan 4 il üçün yeni kosmik proqram tərtib edib. Həmin proqramda Baykonurun bütövlükdə tədricən Qazaxıstana təhvil verilməsi nəzərdə tutulub. 

İstinadlar Report