“Real”ın futbolçusu Kriştiano Ronaldo haqda yeni iddia ortaya atılıb.

“Mega TV” portuqaliyalı hücumçunun növbəti mövsüm Madrid klubundan ayrılmağa qərar verdiyini iddia edib. Onun bu qərarını klub prezidenti Florentino Peresə çatdırdığı bildirilib. Ancaq klub rəhbərinin Ronoldonu buraxmağa razı olmadığı vurğulanıb.
Qeyd edək ki, K.Ronaldo 2016-cı ilin noyabrın “Real”la müqaviləni 2021-ci ilin yayına qədər uzadıb.O, klubun yeni müqavilə imzalamaq təklifini müsbət cavablandırmayıb.

İstinadlar Qol-az