Qətər rəsmi şəkildə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) qaz təchizatını dayandırmayacağını bəyan edib.

Azərbaycan 24 xəbər verir ki, bu barədə Qətər Neft-Qaz Şirkətinin rəhbəri Saad əl Kaabi açıqlama verib:

“İndiki fors-major vəziyyət bizə qaz kəməri ilə nəqli dayandırmağa tam əsas verir. Lakin biz qazı kəssək bu, BƏƏ və oradakı ərəb qardaşlarımıza çox ciddi zərbə olar. Buna görə biz nəqli davam etdirməyə qərar verdik”

Qətərin bu qərarı mediada yer alınca sosial şəbəkədə minlərlə insan bu cür davranışı əsl insani tərz adlandırıb və alqışlayıb.