Qazaxıstanın Karaqanda vilayətində yerləşən ən böyük metallurgiya müəssisəsində – “ArselorMittal Temirtau” ASC-də qaz kəmərində baş vermiş qaz alovlanması nəticəsində altı nəfər yaralanıb.

Müəssisənin mətbuat xidmətindən yaralılardan dördünün qaz sexinin, birinin koks sexinin, digərinin isə qaz xilasetmə xidmətinin işçisi olduğu bildirilib.

Məlumata görə, yaralılardan üçü Temirtau Mərkəzi Şəhər Xəstəxanasının intensiv terapiya blokunda, digər üç nəfər isə vilayətdəki travmatologiya və ortopediya mərkəzinin yanıq şöbəsindədir.

Faktla bağlı istintaq aparılır.

İstinadlar Report