Qətər terror qruplaşmalarına verdiyi dəstəyi dayandırdıqdan sonra mövcud böhran həll ediləcək.

Azərbaycan 24 xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adil Cübeyr deyib.

“Bu böhranın həllinin sadə olduğuna inanırıq. Qardaş Qətər radikal hərəkətləri, terroru dəstəkləməyi və provokativ addımları dayandırarsa problemlər yoluna düşər”, – nazir bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı da daxil olmaqla, 7 ölkə körfəz ölkəsi Qətərlə diplomatik əlaqələri dayandırmışdı.

İstinadlar axar.az