Rusiyanın internet nəhəngi “Yandex” 2016-cı ilin yekunları üzrə rusiyalılar arasında ən çox müraciət edilən sorğuların hansılar olduğunu açıqlayıb.

Rusiyalı istifadəçilər “olay” kateqoriyasında ən çox Rostov-Donda təyyarə qəzası və bu ilin aprel ayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsi ilə maraqlanıb.

Araşdırmaya görə, “hadisə” kateqoriyasında rusiyalıların əsas marağı Rusiya Federasiyasında və ABŞ-da keçirilən seçkilərə yönəlib.

Axtarış sorğuları üzrə ən çox müraciət edilən mövzular arasında donuz qripi və Zika virusu da olub.

İstinadlar Report