Azərbaycan prezidenti İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi münasibətilə bir qrup şəxsə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
 
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisində və istismara verilməsində fərqləndiklərinə görə Qurbanov Cavid Qəmbər oğlu, eləcə də Buadze Murad Otariyeviç, Qasımov Cəmil Həsən oğlu və Rzayev Telman Ağamoğlan oğluna “Əməkdar mühəndis” fəxri adı verilib.