Prezident İlham Əliyev dekabrın 7-də Quba rayonuna səfər edib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev dövlət başçısına abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.