Pekinin “Şoudu” beynəlxalq aeroportu 1200 reysi təxirə salıb

Bu qərar ölkədə hökm sürən güclü qasırğa səbəbi ilə qəbul olunub.
Səhər saatlarına planlaşdırılmış 598 reysdən cəmi 248-i həyata keçirilib. Təxirə salınan reyslərin daha çox daxili reyslər olduğu bildirilir.
Qeyd edək ki, ölkə ərazisində hökm sürən güclü qasırğa 5 nəfərin də həyatına son qoyub. Qasırğanın bir çox rayonlara ciddi ziyan vurduğu, fərdi evlərin dağıldığı da bildirilir.