Lənkəran rayonunun Ləj kəndində itkin düşmüş şəxsin meyiti tapılıb

Əliyev Sərxan Damad oğlu ötən gün səhər saatlarında ova getmək adı ilə evdən çıxıb və geri qayıtmayıb.
Bundan sonra narahat olmağa başlayan ailə üzvləri meşə ərazisində onun axtarışına başlayıblar. Lakin bu bir nəticə verməyib. Bu gün səhər saatlarında isə Sərxanın meyiti aşkar edilib.
Hazırda hüquq-mühafizə orqanları əməkdaşları, prokurorluq işçiləri hadisə yerinə cəlb olunublar.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Lənkəran şöbəsinə göndərilib. Nəticədən asılı olaraq ölümün səbəbi müəyyən ediləcək.
Faktla bağlı Lənkaran Rayon Prokurorluğunda araşdırmalara başlanıb.