Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikasının Cənubi Sinay Vilayətinin qubernatoru Xalid Fudanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Misirin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Syuzan Cəmil Nuh, səfirliyin ikinci katibi Hossam Başaryi Ali, Misirin Bakıdakı Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami əl-Aydi və digərləri iştirak edib. Qonaqları salamlayan Əbülfəs Qarayev iki ölkə arasında əlaqələrin inkişaf etdiyini deyib.

 Bildirib ki, ölkələrimiz arasında mədəni və dini bağlılıq münasibətlərin inkişafına müsbət təsir göstərir. Mədəniyyət və turizm sahələrində də əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük imkanlar var: “Azərbaycanla Misir arasında mədəni əlaqələrin inkişaf etdirilməsi üçün bir sıra layihələr həyata keçirilib. O cümlədən qarşılıqlı mədəniyyət günləri təşkil olunub. Bizim vətəndaşların Misir mədəniyyətinə xüsusi marağı var”.

Əbülfəs Qarayev son illər ölkəmizdə turizm sənayesində həyata keçirilən işlər haqqında danışıb. Qeyd edib ki, zəngin mədəniyyəti, qədim tarixi, xalqımızın yüksək qonaqpərvərliyi, eyni zamanda yaradılan yeni turizm infrastrukturu, viza sisteminin sadələşdirilməsi Azərbaycana gələn turistlərin sayının artmasına zəmin yaradır:

Oxumağa dəyər:   40 yaşlı qadın kürəkəni ilə yolda gedərkən bıçaqlandı - Tovuzda

“İndi biz ölkəmizə daha çox xarici turistlərin cəlb olunmasına çalışırıq. Bu baxımdan böyük turizm potensialı olan Misirlə qarşılıqlı turist səfərlərinin artırılması üçün imkanlarımızdan daha səmərəli istifadə etməliyik. Bunun üçün qarşılıqlı infoturların, tanıtım layihələrinin icra olunması vacibdir. Həmçinin birbaşa aviareyslərin açılması da qarşılıqlı səfərlərin inkişafına təkan verə bilər”.



İstinadlar Qafqazinfo