ABŞ Suriyada hərbi mövcudluğunu davam etdirəcək

Trend-ə bildirir ki, bunu Birləşmiş Ştatların müdafiə naziri Ceyms Mattis bəyan edib.
O qeyd edib ki, İŞİD terror qruplaşması savaşmaq istədiyi müddətdə ABŞ terrorçularla savaşacaq və böhranın diplomatik həll yolu tapılana qədər bu ölkədəki hərbi mövcudluğunu davam etdirəcək:
“İndiki hədəfimiz İŞİD tamamilə yox olana qədər əməliyyatlarımıza davam etmək və mövqeyimizi qorumaqdır”.