UEFA Serbiyanın “Partizan” klubunu avrokuboklardan kənarlaşdırıb

Buna səbəb Belqrad təmsilçisinin maliyyə “fair-play”ini pozmasıdır.
Komanda 3 il müddətinə Çempionlar Liqası və Avropa Liqasında iştirak hüququndan məhrum edilib. Üstəlik, işin araşdırılmasına çəkilən 3 min avro da klub tərəfindən ödəniləcək.
“Partizan” Avropa futbol qurumunun qərarı ilə razılaşmayıb və İdman Arbitraj Məhkəməsinə müraciət etməyə hazırlaşır. virtualaz-org)