“Bank Standard”ın keçmiş rəhbəri Kriman Səlim Eldaroviç beynəlxalq axtarışa verilib.
 
S. Kriman ölkədə olmadığı üçün onun barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət olunub.
 
Hazırda S. Krimanın saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xatırladaq ki, bu gün Baş Prokurorluq “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Cəlilov Çingiz və “Harvest” MMC-nin təsisçisi və direktoru Quliyev Eminin həbs olunması ilə bağlı məlumat yayıb. Sözügedən hər iki şəxs “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla külli miqdarda pul kreditə götürərək öz aralarında bölüblər.

İstinadlar APA , Qafqazinfo