Xəqani14/16 ünvanında, Məhkəmə Ekspertizası Mərkəzi binasının qarşısında bir nəfərin özünü benzinlə yandırmaq istədiyinə dair polisə məlumat daxil olub.

Əməliyyat qrupu dərhal hadisə yerinə gedib. Lakin Səbayıl Mühafizə İdarəsinin əməkdaşları tərəfindən həmin şəxs bölməyə aparılıb. 

Məlum olub ki, həmin şəxs 1966-cı il təvəllüdlü Qazax rayonu  2-ci Şıxlı kəndindən olan, hazırda isə Bakının Nərimanov rayonunda yaşayan Məmmədov Ələkbər Məhəmməd oğludur. O, ifadəsində bildirib ki, 15 kvadrat metr sahəsi olan tikinti materialları dükanı işlədirdi. Keçmiş qonşusu olan Təmraz İsgəndərov isə həmin dükanı ondan 25 min manata alıb. Lakin məhkəmə qərarı olsa da, indiyə kimi ödənişi etməyib. Bu səbəbdən də Təmrazin ekspert işlədiyi Mərkəzin qarşısında özünü öldürməyə cəhd edib. 

 

İstinadlar Qafqazinfo