İraqın şimalında yerləşən Kürdüstan muxtariyyətinin rəhbərliyi müstəqilliklə bağlı referendumu təxirə salmamaq barədə qərar qəbul edib.

Bunu muxtariyyətin nümayəndəsi Xoşiyar Zebari bildirib.

O vurğulayıb ki, referendum əvvəldən elan olunduğu kimi sentyabrın 23-də keçiriləcək.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ-ın dövlət katibi Reks Tillerson İraqdakı Kürdüstan muxtariyyətinin rəhbəri Məsud Barzani ilə telefon danışığında referendumu təxirə salmağa çağırmışdı.

İstinadlar Report