Kataloniyada on minlərlə insan İspaniyanın Milli bayramını qeyd etmək üçün küçələrə çıxıb. 

Aksiyaya “Katalon vətəndaş cəmiyəti” də qoşulub.

Mitinqdə “Kataloniyaya “bəli”, İspaniyaya da!” şüarları səsləndirilib.

Əyalət paytaxtı Barselonada tədbir iştirakçıları əllərində İspaniya və əyalətin bayraqlarını daşıyıblar. Aksiya iştirakçıları “Yalan danışmayın, Kataloniya İspaniyadır!”, “Puçdemon (Kataloniya hökumətinin başçısı – “Report”) həbsxanaya!”, “Yaşasın kral!”, “Yaşasın vətəndaş qvardiyası!” şüarlarını səsləndiriblər. 

Qeyd edək ki, oktyabrın 1-də əyalətdə “müstəqillik”lə bağlı “referendum” keçirilib. Heç bir dövlət və beynəlxalq təşkilat “referendum”un nəticələrini tanımayıb. Ona görə də əyalət rəhbərliyi Kataloniyanın müstəqilliyini elan etməyi təxirə salıb. 

İstinadlar Report