İstanbulun Atatürk hava limanından Tbilisiyə uçan təyyarəni ildırım vurduğu üçün geri qayıtmağa məcbur olub.

Hadisə iyunun 19-da baş verib.

Məlumata görə, təyyarə “Atlas global” şirkətinə məxsusdur.

“Havaya qalxandan 15-20 dəqiqə sonra hamımız parlaq işıq gördük və ildırım təyyarəni vurdu. Bundan sonra təyyarənin idarə edilməsində problem yaşandı. Pilot İstanbula geri qaytımağı qərar aldı”, – deyə David Loladze adlı sərnişin jurnalistlərə bildirib.

Sərnişinlərin sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Hava limanının mətbuat xidməti isə jurnalistlər bildirib ki, əlverişsiz hava şəraitinə görə İstanbul-Tbilisi reysi geçikir.

İstinadlar Report